“Qəbələ” MMA döyüşçüləri ilə yeni müqavilə bağlayacaq

“Qəbələ” İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayevlə yeni müqavilə bağlayacaq.

Klubdan Newsport.az-a verilən məlumata görə, oktyabrın 19-da “Baku MMA Academy”də təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.

Qeyd edək ki, adı çəkilən idmançılar noyabrın 4-də “Rizin” turniri çərçivəsində Bakıda baş tutacaq “Landmark 7”də qüvvələrini sınayacaqlar. Milli Gimnastika Arenasında keçiriləcək turnirdə V.Kərəmov yaponiyalı Çihiro Suzuki, T.Musayev “gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, N.Abbasov isə rusiyalı Ali Abdulxalikovla üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right