“Azərreyl” bu gün avrokuboklarda 2023/2024 mövsümünə start verəcək

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün avrokuboklarda 2023/2024 mövsümünə start verəcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsində ilk matçına çıxacaq.

Ukraynanın “Balta” klubu ilə oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.

Çelenc Kuboku
1/32 final, ilk oyun
17 oktyabr

20:00. “Azərreyl” (Azərbaycan) – “Balta” (Ukrayna)
Bakı. Voleybol Mərkəzi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right