Dünya çempionatında iki dəfə Azərbaycan himni səsləndirildi

İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.

Newsport.az xəbər verir ki, mərasimdə fəxri kürsüdə yer alan şahmatçılara mükafatlar təqdim olunub. Birinci yeri tutan Gövhər Beydullayeva və Məhəmməd Muradlının şərəfinə iki dəfə Azərbaycan himni səsləndirilib.

Xatırladaq ki, rapid və blits yarışlarında müvafiq olaraq Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Məhəmməd Muradlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. G.Beydullayeva həmçinin blits yarışında üçüncü yer tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right