Azərbaycan gimnastları Bolqarıstana yollandılar

Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstana yollanıb.

Newsport.az xəbər verir ki, idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa çempionatında çıxış edəcəklər.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynova ibarət qadın qrupu (böyüklər), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü turnirdə qüvvələrini sınayacaqlar.

31-ci Avropa çempionatı oktyabrın 18-22-si aralığında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right