İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatı başa çatıb.
Newsport.az-ın məlumatına görə, şahmatçımız Məhəmməd Muradlı 11 oyundan 9,5 xal toplamaqla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb və dünya çempionu tituluna yiyələnib.
Xanım şahmatçıların yarışında Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə Beydullayeva blits üzrə dünya çempionatında bürünc medal qazanıb.
Xatırladaq ki, iki gün öncə rapid üzrə dünya çempionatında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva birinci yerə layiq görülərək dünya çempionu olub. Beləliklə Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal əldə edib.