Avropa Kuboku: 4 boksçumuz bürünc medal qazandı

Azərbaycanın dörd boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda bürünc medalla kifayətlənib.

Newsport.az xəbər verir ki, Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb.

Bu görüşlərdə rəqiblər mərhələ adladığından, boksçular 4-ü də yarışı bürünc medalla başa vurublar.

63,5 kq çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov finalda mübarizə aparacaq. Milli üzvü çempionluq uğrunda Qabil Məmmədovla (Rusiya) döyüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right