Azərbaycan boksçusu Avropa kubokunun finalında

Monteneqronun Budva şəhərində boks üzrə Avropa kubokunda yarımfinal mərhələsi başa çatıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin 1 üzvü turnirdə finala yüksəlib.

63,5 kq çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov həlledici görüşdə qüvvəsini sınacaq. O, çempionluq üçün Qabil Məmmədovla (Rusiya) mübarizə aparacaq.

Digər boksçulardan Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb. Bu görüşlərdə rəqiblər mərhələ adladığından Azərbaycan boksçuları 4-ü də Avropa kubokunu bürünc medalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right