İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.
Newsport.az xəbər verir ki, şahmatçımız Gövhər Beydullayeva dünya çempionatında tarixi uğura imza atıb.
O, 9 oyundan 11 xal toplayaraq çempionatı birinci pillədə başa vurub.
Ölkəmizin digər şahmatçısı Məhəmməd Muradlı 6,5 xalla 13-cü yerdə qərarlaşıb.
Sabah İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.