Azərbaycanın 5 şahmatçısı bu gün Qətərin paytaxtı Dohada start götürəcək beynəlxalq yarışda iştirak edəcək.
Azərbaycan Şahmat Federasiyasından Newsport.az-a verilən məlumata görə, “Qatar Open”də Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva mübarizə aparacaq.
155 idmançının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək.
9 turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) kimi tanınmış qrossmeysterlər də gücünü sınayacaq.
Yarışın mükafat fondu 110 min dollar təşkil edir.