DÇ: Azərbaycan cüdoçuları günü medalsız başa vurdular

Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatının dördüncü günü Azərbaycan cüdoçuları üçün uğursuz alınıb.

Newsport.az-ın məlumatına görə, tatamiyə çıxan bir kişi, iki qadın idmançı fəxri kürsüyə yüksələ bilməyib.

Halbuki Ramazan Əhmədov +100 kq çəki dərəcəsində buna yaxın olub. Lakin o, bürünc medal uğrunda görüşdə türkiyəli rəqibinə məğlub olub.

Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) isə turnirlə daha erkən vidalaşıblar. Onlar 1/16 final səddini keçsələr də, növbəti raundda uduzublar.

Daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) gümüş medal əldə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right