Cüdoçumuz dünya çempionatında gümüş medal qazandı

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycan idmançısı Vüqar Talıbov 90 kq çəki dərəcəsində gümüş medal qazanıb. O, həlledici görüşdə yaponiyalı Komei Kavabataya məğlub olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal əldə ediblər.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right