Azərbaycan birinciliyinə yekun vuruldu

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Newsport.az Azərbaycan Ağırlıqqaldırma Federasiyasına istinadən xəbər verir ki, turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib.

Son yarış günündə çəkisi 67, 73, 81, 89, 96 və 109 kq olan atletlər qaliblərin adına aydınlıq gətiriblər. 67 kq çəki dərəcəsində toplam 258 kq (118+140) nəticə ilə Fuad Həsənov, 73 kq çəki dərəcəsində toplam 255 kq (120+135) nəticə ilə Murad Əliyev, 81 kq çəki dərəcəsində toplam 248 kq (115+133) nəticə ilə Hüseyn Heydərov, 89 kq çəki dərəcəsində toplam 260 kq (120+140) nəticə ilə Orxan Söhrabzadə, 96 kq çəki dərəcəsində toplam 237 kq (107+130) nəticə ilə Canəli Əsədov, 109 kq çəki dərəcəsində isə toplam 342 kq (162+180) nəticə ilə Əli Şükürlü qalib adını qazanıblar.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırllıqqaldırma idman növünün inkişaf səviyyəsinin, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi, beynəlxalq yarışlar üçün hazırlıqlı idmançıların müəyyən olunması olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right