"Sabah" tarixi uğura imza atdı

18 illik fasilədən Azərbaycan klubunun təmsil olunduğu FIBA Avropa Kubokunda "Sabah" 3 qələbə qazanaraq təsnifat mərhələsinin "A" qrupunu lider olaraq tamamlayıb.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz bunun sayəsində müntəzəm mövsümdə iştirak hüququna yiyələnib.

"Sabah" FIBA Avropa Kubokunun bu mərhələsində "D" qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri "Mornar" (Monteneqro), "Baxçaşehir" (Türkiyə) və Nimbruk (Çex Respublikası) klubları olacaq.

"D" qrupunda ilk oyun oktyabrın 18-i səfərdə Monteneqronun "Mornar" klubuna qarşı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right