Azərbaycan çempionatının başlayacağı tarix bəlli oldu

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümü 22 oktyabrda start götürəcək.

Newsport.az xəbər verir ki, ötən ildən fərqli olaraq, yarışda 10 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Bunlar "Sabah", NTD-İNDİQO (Xaçmaz), "Gəncə", "Xırdalan", "Sərhədçi", "Neftçi", "Cəlilabad", "Şəki", "Xəzri" və "Sumqayıt" kollektivləridir.

Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk "altılıq"da tamamlayan klublar pley-offa vəsiqə qazanacaqlar.

Bu "altılıq"da ilk iki sıranı tutan klublar birbaşa pley-offun yarımfinalından, digər 4 kollektiv isə 1/4 finalından mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanan klub sevinən tərəf olacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının oyunları "Sərhədçi" İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən Olimpiya İdman Komplekslərində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right