Azərbaycan çempionu "Rapid"lə üz-üzə

Bu gün "Sabah" basketbol klubu Şimali Makedoniyada davam edən FİBA Avropa Kubokunun seçmə mərhələsində son oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu A qrupunun üçüncü oyununda Rumıniyanın “Rapid” komandası ilə qarşılaşacaq. 

Matç saat 19:30-da başlayacaq. Görüşün qalibi qrupda birinci yeri tutacaq və növbəti mərhələyə adlayacaq.

Xatırladaq ki, bundan əvvəl “Sabah” Niderlandın “Donar Qroningen” (75:72) və Şimali Makedoniyanın “Rabotniçki” (83:81) klubunu məğlub edib. “Rapid” də qrupdakı hər iki rəqibi məğlubiyyətə uğrada bilib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right