"Sabah" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsinin ikinci turunda "Rabotniçki"ni 83:81 hesabı ilə məğlub edib.
Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisinin baş məşqçisi Boban Mitev qarşılaşmadan sonra açıqlama verib. O, komandanın təcrübəsinin az olduğunu bildirib:
"Oyunçularımı təbrik edirəm. Onlar xüsusilə də fasilədən sonra oyundan qopmadılar. İlk hissədəki səhvləri təkrarlamadılar. Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu. Oyunun gedişatını dəyişməyi bacardıq. İlk oyunda olduğu kimi bu dəfə də oyunun sonlarında yaxşı oynamadıq. Bu da komandanın avrokubok təcrübəsinin az olmasından irəli gəlir. Lakin daha yaxşı oyun sərgiləyəcəyimizə inanıram. "Rabotniçki" klubunu cari mövsümdə uğurlar arzulayıram".