Fərid Qayıbov Türkiyədən gələn nümayəndələri qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə Respublikası gənclər və idman nazirinin müavini Enes Eminoğlunu qəbul edib.

Newsport.az-ın məlumatına görə, qonağı salamlayan nazir iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, gənclər və idman sahələrində də əlaqələrin yüksək səviyyədə olduğunu və günbəgün daha da inkişaf etdiyini qeyd edib. Son illərdə ölkəmizdə gənclər sahəsində görülən işlər və qazanılan uğurlar barədə qonaqlara məlumat verən nazir ölkələrimiz arasında əlaqələrin inkişafında gənclərin rolunun önəmli olduğunu qeyd edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında gənclər və idman sahələrində əməkdaşlığın gələcək perespektivləri müzakirə edilib.

Qəbulda gənclər və idman nazirinin müavini Mariana Vasileva və Türkiyə Böyük Millət Məclisinin üzvü Rümeysa Kadak da iştirak ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right