Yığmamızın liderindən Gentdə qızıl medal

Qılıncoynatma üzrə milli komandamızın lideri Anna Başta Belçikanın Gent şəhərində keçirilən 25-ci “Flemish Open Championships” beynəlxalq turnirində qızıl medal qazanıb.

Newsport.az xəbər verir ki, qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Anna qadın sablyaçıların yarışında finala gedən yolda italiyalı Marqarita Collonna (15:7), Fransa sablyaçıları Şarlott Lembax (15:8) və Luise Kleyn (15:7), Böyük Britaniya təmsilçisi Maksvell Caitlini (15:14) mübarizədən kənarlaşdırıb.

Anna finalda qadın sablyaçıların dünya reytinqində dördüncü olan Yunanıstan qılıncoynadanı Despina Georgiadonu 15:4 hesabı ilə məğlub edərək turnirin qızıl medalını qazanıb.

70-ə yaxın qadın sablyaçının yarışdığı turnirdə Palina Kaspiaroviç və Zərifə Hüseynova ümumi sıralamada ilk onluqda yer almağı bacarıb. Səbinə Kərimova 11, Valeriya Bolşakova 22, Sevil Bünyatova isə 25-ci olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right