"Sabah"ın kapitanı: "Əsas hədəf qrupda birinci yer tutmaqdır"

"Sabah" basketbol klubunun kapitanı Endər Poladxanlı "Donar"a qarşı keçiriləcək matç haqda danışıb.

Newsport.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən basketbolçu 

"Məşqçilər heyəti Bakıda son 1 həftə ərzində bizə "Donar"ın keçmiş oyunlarını izlədirdi. Onların müdafiəsinə qarşı necə oynayacağımızı analiz etmişik. Çalışacağıq ki, oyundan-oyuna artıraq. Hər rəqibə qarşı fərqli tərzdə hazırlaşacağıq. 18 ildən sonra klub səviyyəsində ölkə basketbolunu avrokuboklarda təmsil edirik. Buna görə də qazanmaq niyyətindəyik. Amma bu basketboldur, hər şey ola bilər. Təcrübəsizlik, avrokuboklarda uzun müddətdir çıxış etməməyin təsiri hiss oluna bilər. Çox yaxşı komandamız var. İnanıram ki, hər üç rəqibə qalib gələ bilərik. Əsas hədəf qrupda birinci yer tutmaqdır. Bu olmasa belə, əlimizdən gələni edəcəyik ki, Azərbaycan basketbolunu Avropada yüksək səviyyədə təmsil edək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right