Federasiya prezidenti milli üzvləri və onların valideynləri ilə görüşdü

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov uşaq, yeniyetmə voleybolçu qızlar və onların valideynləri ilə görüşüb.

Newsport.az xəbər verir ki, federasiyanın idman zalında baş tutan görüşdə baş katib Faiq Orucov, yeniyetmə və gənclərdən ibarət yığma komandaların baş məşqçisi Şahin Çatma, köməkçi məşqçilər və federasiyasının digər əməkdaşları iştirak ediblər.

Voleybolçuları və valideynləri salamlayan Bağırov ilk olaraq bir neçə gün əvvəl Qarabağdakı antiterror əməliyyatlarından danışıb. Artıq bütün torpaqlarımızın düşmən tapdağından azad olunduğunu vurğulayıb, ərazi bütövlüyümüz uğurunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.

Bağırov daha sonra ölkəmizdə voleybolun inkişafı, həmçinin istedadlı voleybolçuların müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Uşaqların voleybolla bərabər, dərslərinə də ciddi yanaşmalı olduqlarını bildirən qurum rəhbəri voleybolçulara və valideynlərə bununla bağlı da tövsiyələrini verib.

Şahin Bağırov övladlarına hər zaman dəstək olan valideynlərə təşəkkürünü bildirib, noyabrda beynəlxalq yarışda iştirak edəcək U-18 yığma komandamızın üzvlərinə uğurlar arzulayıb.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right