“Gəncə” basketbol klubunun yeni baş məşqçisi açıqlanıb

“Gəncə” basketbol komandasının yeni baş məşqçisi açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabından paylaşım edib.

Bildirilib ki, Azərbaycan çempionatının gümüş mükafatçısı türkiyəli mütəxəssis Bedri Meriçə həvalə olunub. 41 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlanılıb.

Qeyd edək ki, ilk dəfə ölkə xaricində işləyəcək Bedri Meriç Türkiyədə “Anakaragücü” və “Böyük Anadolu” klublarında çalışıb. Onun oğlu Derin Berköz 16 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right