Berni Ekklstoun: “Maks tarixin ən güclüsüdür”

Formula 1-in keçmiş sahibi Berni Ekklstoun İngiltərənin məşhur “DailyMail” nəşrinə geniş müsahibə verib. Orada çempionatın təqvimi, “Liberty Media” və sürücülər haqqında söhbətlər gedib. Həmin məqalənin sürücülərlə bağlı hissəsini sizə təqdim edirik.

– Maks tarixin ən yaxşısıdır. Buna heç bir şübhə olmamalıdır. Əvvəllər ən yaxşı Alen Prostu deyirdim. İndi isə Maks deyirəm. O, avtomobildən maksimum fayda əldə etməyi bacarır. Mənim siyahımda Lyuis Həmiltondan daha yüksək yer tutur.

– Lyuis parlaq sürücü və çox istedadlıdır. Lyuis insanları başa düşür və onlardan ən yaxşısını almağa qadirdir, Maks isə avtomobildən maksimumu götürməyi bilir. Onlar çox fərqlidirlər. Lyuis peşəkar karyerasını yekunlaşdırdıqdan sonra başqa bir sahəyə – şou-biznesə və ya başqa bir yerə gedə bilər, lakin Maksın bunu edəcəyinə güman yoxdur.

– Corc Rassellə gəlincə, hələ ki, onunla bağlı tam fikrim yoxdur. Ondan xoşum gəlir, çox istedadlıdır. Məsələ onun qələbə üçün nə etməyə hazır olmasıdır. Əgər komanda sahibi olsaydım, “McLaren”dən Oskar Piastrini götürərdim. O, çox perspektivli sürücüdür. Amma Maks indiyə qədər gördüklərim arasında ən yaxşısıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right