İJF-nin baş direktoru: “Böyük Dəbilqə dünya cüdo turunun incisidir”

“Böyük Dəbilqə dünya cüdo turunun incisidir”.

Newsport.az xəbər verir ki, bunu Beynəlxalq Cüdo Federasiyasının (İJF) baş direktoru Vlad Marinesku Bakıda keçirilən Böyük Dəbilqə turniri barədə danışarkən deyib.

Rumıniyalı funksioner uğurlu təşkilatçılığa görə Azərbaycana təşəkkürünü bildirib: “Paris-2024 Yay Olimpiya Oyunları yaxınlaşdığı və lisenziyaların sürətlə əldə edildiyi bir vaxtda ilk növbədə Azərbaycana və yerli federasiyaya cüdo ailəsini qarşılayaraq, Azərbaycan xalqının atası Heydər Əliyevin xatirəsinə həsr olunan yüksək keyfiyyətli tədbirə ev sahibliyi etdiklərinə görə təşəkkür etməliyik. Yarış müstəsna dərəcədə keyfiyyətli alındı. Arenada olanların və onlayn izləyənlərin hamısına yüksək səviyyəli tamaşa təqdim edildi”.

Vlad Marinesku turnir ərzində güclü sosial layihələr vasitəsilə cüdo dəyərlərinin və idman ustalığının heyrətamiz nümayişi ilə tarix yazdıqlarını söyləyib. O, artıq olimpiada barədə düşündüklərini sözlərinə əlavə edib: “2023-cü ilin Böyük Dəbilqə turniri əla nəticələrlə tarixə düşəcək. Bakıda qazanılan yerlər və xallar qarşıdakı həftələrdə və aylarda böyük rol oynayacaq. Zaman sürətlə irəliləyir. İndiki an ilə olimpiada arasındakı vaxtı ölçərək, gerisayımı həyata keçirən qum saatında qum artıq daha sürətlə axır. Həmin məqam hələ yetişməyib, amma hiss edirik ki, tədbir artıq yaxınlaşır. Bütün nümayəndə heyətləri Paris görüşünə hazırlaşırlar”.

Qeyd edək ki, Böyük Dəbilqə turnirində Azərbaycan millisinin heyətində Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) gümüş, Zelim Kotsoyev (100 kq) isə bürünc medal əldə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right