Azərbaycanın basketbol millisi dünya reytinqində geriləyib

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya reytinqində beş pillə geriləyib.

Newsport.az Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, yığma 66,7 xalla 118-ci sırada qərarlaşıb.

Komanda Avropa zonasında 45-cidir.

ABŞ seçməsi 786,6 xalla liderdir. 778,2 xala malik İspaniya ikinci yerdədir. Xallarının sayını 759,7-yə çatdıran son dünya çempionu Almaniya isə üçüncü pilləyə yüksəlib.

Qeyd edək ki, Azərbaycan millisi 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right