"The Chess Journal" dünyanın ən çox qazanan şahmatçılarını araşdırıb.
Newsport.az-ın məlumatına görə, ən çox gəlir əldə edənlər Anatoli Karpovla Harri Kasparovdur. Onlar hərəyə 50 milyon dollar qazanıblar. Norveçli Maqnus Karlsen isə 30 milyon dollarla 3-cü yerdədir.
Siyahının 4-cü pilləsində isə azərbaycanlı şahmatçı Teymur Rəcəbov qərarlaşıb. Həmyerlimiz indiyə qədər 20 milyon dollar qazanıb.