Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminara start verilib

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminara start verilib.

Newsport.az xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyası (FİVB) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə baş tutan FİVB-nin Level 2 seminarı sentyabrın 15-dək davam edəcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan tədbirə türkiyəli Cengiz Akarçeşmə rəhbərlik edir. Yerli və xarici mütəxəssislərin iştirak etdiyi seminarda C.Akarçeşmənin köməkçisi daha öncə FİVB-nin məşqçilik sertifikatı almış, çimərlik voleybolu üzrə məşqçi Nihad Tanriverdiyevdir.

Nəzəriyyə və təcrübədən ibarət seminarın son günü imtahan təşkil ediləcək və bu mərhələni uğurla keçəcək mütəxəssislərə FİVB-nin Level 2 dərəcəli beynəlxalq sertifikatı veriləcək.

Qeyd edək ki, 3-7 iyul tarixlərində Bakıda FİVB-nin Level 1 seminarı keçirilib. Noyabrda isə ölkəmizdə FİVB Level 3 beynəlxalq seminarının təşkili nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right