Xorvatiyanın Zaqreb şəhərində Savat idman növünün (fransız əlbəyaxa milli idman növü) Assault növü üzrə Avropa çempionatı keçirilib.
Newsport.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Azərbaycan Savat Federasiyasının Milli yığma komandası bu yarışda 6 idmançı ilə təmsil olunub. Bundan qadınların yarışınnda Tutu İsmayılova (48 kq), kişilərin yarışında Seymur Şahbazov (56 kq), Həsən Əliyev (60 kq), Ağadədə Əliyev (70 kq), Beyrək Bağırov (75 kq) və Sənan Babazadə (80 kq) olub.
Azərbaycan Savat Fedarasiyasının prezidenti Rafiq Əliyev və milli komandanın baş məşqcisi Taleh Nağızadənin rəhbərlik etdiyi Azərbaycan millisi avropa çempionatda 4 medal qazanıb.
Seymur Şahbazov gümüş, Tutu İsmayılova, Həsən Əliyev, Sənan Babazadə isə bürünc medala layiq görüblər.
Qeyd edək ki, Tutu İsmayılova oktyabr ayında Ər Riyad şəhərində keçiriləcək dünya oyunlarına vəsiqə qazanıb.