Azərbaycan gimnastlarından beynəlxalq turnirlərdə 2 medal

Azərbaycanın iki idman gimnastı beynəlxalq turnirlərdə uğurlu çıxış edib.

Newsport.az xəbər verir ki, yığmanın üzvü Nikita Simonov Türkiyənin Mersin şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda qızıl medal qazanıb.

27 yaşlı idmançı halqalarla hərəkətin icrasında bütün rəqiblərini qabaqlayıb.

Millinin digər gimnastı İvan Tixonov isə Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “RoamGym Trophy 2023” beynəlxalq turnirində fərqlənib. O, dəstəkli atda bürünc medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right