Qadın voleybolçulardan ibarət Türkiyə millisi Avropa çempionatında finala vəsiqə qazanıb.
Newsport.az xəbər verir ki, türkiyəlilər yarımfinalda İtaliya yığmasını məğlubiyyətə uğradıb.
Gərgin keçən görüşdə Türkiyə 3:2 hesabı ilə qalib gəlib.
Avropa çempionatının finalında Türkiyə Serbiya millisi ilə üz-üzə gələcək.