ABŞ millisinin üzvü "Qalatasaray"da oynamaq istəmədi

"Qalatasaray" "Yuventus"un futbolçusu Ueston Makkenni transfer etmək üçün qarşı tərəfə təklif göndərib.

Newsport.az "Calicomercato"ya istinadən xəbər verir ki, "qoca sinyora" təklifə müsbət yanaşıb.

Amma ABŞ millisinin üzvü "Qalatasaray"da oynamaq istəməyib. 

25 yaşlı oyunçu "Yuventus"da qalmaq istəyib. 

Qeyd edək ki, Makkenni 2022/2023 mövsümünü icarə əsasında “Lids”də keçirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right