Teymur Rəcəbov Hindistandakı beynəlxalq turnirə qatılacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində qadınlar və kişilər arasında keçiriləcək “Tata Steel Chess” beynəlxalq turnirinə qatılacaq.

Komanda.az xəbər verir ki, 10 kişi şahmatçı avqustun 31-də başlayacaq yarışda rapid və blits üzrə mübarizə aparacaqlar.

Rəcəbovun rəqibləri Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) olacaq.

“Tata Steel Chess” beynəlxalq turnirinə sentyabrın 9-da yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right