Azərbaycan gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazandı

İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb. 

Newsport.az-ın məlumatına görə, çempionatda ölkəmizi təmsil edən Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük yarışlarının nəticəsinə əsasən 12-ci pillədə qərarlaşaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

İdmançımız bu nəticə ilə, həmçinin çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni özü üçün təmin edib. 

Qeyd edək ki, bu, Paris-2024-ə gimnastika idman növü üzrə qazanılan ilk lisenziyadır





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right