Azərbaycan millisi Yunanıstana qarşı

Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi bir günlük fasilədən sonra bu gün növbəti oyununa çıxacaq. 

Newsport.az-ın məlumatına görə, rəqib Yunanıstan yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək və "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, hazırda komandamız turnir cədvəlində 3 xalla 3-cü pillədə qərarlaşıb. 

22 avqust

Avropa çempionatı, C qrupu

19:00 Azərbaycan - Yunanıstan





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right