Federasiya rəhbərliyi millinin düşərgəsinə baş çəkdi

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Almaniyanın Düsseldorf şəhərində təşkil olunan Avropa çempionatında iştirak edən qadınlardan ibarət Azərbaycan millisinin düşərgəsinə baş çəkib.

Newsport.az-ın məlumatına görə, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev, baş katib Faiq Orucov və qurumun nümayəndələri bugünkü məşqi izləyiblər.

Onlar voleybolçular və məşqçilər korpusu ilə görüşüblər. Qarşıdakı oyuna hazırlıq prosesi ilə maraqlanan federasiya rəhbərliyi yığmaya uğurlar arzulayıb.

Qrupda keçirdiyi ilk üç matçda 3 xal qazanan Azərbaycan yığması 4-cü tur çərçivəsində avqustun 22-də Yunanıstanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right