Azərbaycanın daha 2 boksçusu yarımfinala yüksəldi

Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalında boks yarışlarında üçüncü günün döyüşləri başa çatıb.

Newsport.az-ın məlumatına görə, Yekaterinburq şəhərinin 300 illik yubileyinin qeyd olunmasına həsr edilən turnirdə Azərbaycan millisi daha 2 medalı təmin edib.

Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Marjona Savriyeva 1/4 final döyüşünü qələbə ilə başa vurub. 50 kq çəkidə rinqə çıxan milli üzvü rusiyalı Eleonora Çaşinanı 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Zeynəb Rəhimova (54 kq) da adını yarımfinala yazdırıb. Boksçumuz Nadejda Yermilova (Rusiya) ilə görüşün ilk 2 raundunu xeyrinə bitirib. Rəqib üçüncü hissədə zədələndiyi üçün Zeynəb tam üstünlüklə qələbə qazanıb.

Hər 2 idmançı yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər. Onlardan öncə Nicat Hüseynov (54 kq) və Şəmsi Şahbazov (71 kq) da festivalda 1/2 finala yüksəlib.

Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan 10 boksçu ilə təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right