Avropa çempionatından 13 medalla

Azərbaycan paraatletləri Niderlandın Rotterdam şəhərində keçilən Avropa çempionatını 13 medalla başa vurublar.

Newsport.az-ın məlumatına görə, yığma mötəbər yarışda 4 “qızıl”, 4 “gümüş” və 5 “bürünc” qazanıb.

Ümumilikdə 35 idmançımızın qatıldığı turnirdə cüdoçular Şəhanə Hacıyeva, Xanım Hüseynova, həmçinin, takevondoçular İmaməddin Xəlilov və Əbülfəz Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Cüdoçulardan Namiq Abaslı, Dürsədəf Kərimova və İlham Zəkiyev, eyni zamanda, taekvondoçu Röyalə Fətəliyeva ikinci yeri tutublar.

Millinin digər üzvlərindən İsmayıl Muradov, Xatirə İsmiyeva (hər ikisi cüdo), Sabir Zeynalov, Amin Şıxalıyev (hər ikisi taekvondo) və Aybəniz Babayeva (güllə atıcılığı) isə bürünc mükafata yiyələniblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right