Bakıdakı DÇ-də növbəti medalçılar bəlli oldu

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatı bu gün olimpiya növü olan 50 metr məsafəyə 3 mövqedən atəş üzrə qadınlar arasında final yarışı ilə davam edib.

Newsport.az-ın məlumatına görə, çinlilər Qiongyu Janq və Ciayu Han müvafiq olaraq, qızıl və gümüş medala sahib olublar.

Bürünc medal isə ABŞ atıcısı Saden Madalenaya çatıb.

Qiongyu Janq öz ölkəsinə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb. Digər lisenziyaları Almaniya, Hindistan və Monqolustan atletləri əldə ediblər.

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right