Nicat Abasov 3-cü yer uğrunda oyunda onunla qarşılaşacaq

Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda keçirilən Dünya kubokunda 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu, Fabiano Karuanadır (ABŞ). Karuana yarımfinalda   Rameşbabu Praqqnanandxaya (Hindistan) məğlub olub (2,5:3,5).

Qeyd edək ki, həlledici görüşlər avqustun 22-24-də olacaq. 

Xatırladaq ki, N. Abasov yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right