Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə “qızıl” qazanıb

Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Koreyanın Çunçeon şəhərində keçirilən dünya açıq parataekvondo turnirində qızıl medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Newsport.az-a verilən məlumata görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İmaməddin Xəlilov daha əvvəl Niderlandın Rotterdam şəhərində keçirilmiş Avropa çempionatında da eyni nəticəni göstərmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right