Azərbaycan cüdoçusundan qran-pridə gümüş medal

Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən qran-pridə gümüş medal qazanıb.

Newsport.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Dilşot Xalmatova (Ukrayna) uduzub.

Bu gün mübarizəyə qoşulanlardan Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazanmaq şanslarını itiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right