Gültəkin Şirinova dünya üçüncüsü oldu

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, yarışın 4-cü günündə son qadın güləşçimiz xalçaya çıxıb.

Gültəkin Şirinova (53 kq) almaniyalı Amori Aandrixə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Ancaq yarımfinalın bir addımlığında ukraynalı Mariya Yefremovaya “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şirinova təsəlliverici görüşə çıxıb. Gəncə güləş məktəbinin yetirməsi bolqarıstanlı Nikol Krumovaya heç bir şans tanımayıb – 10:0. Həlledici qarşılaşmada amerikalı Keti Qomeslə güləşən Gültəkin 9:4 hesablı qələbəylə dünya üçüncüsü olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right