Milli qrupda qaldı, “Neftçi” 1/4 finala yüksəldi

İspaniyada təşkil olunan 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində qrup oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, D qrupunda yer alan Azərbaycan millisi Melilya mərhələsinin ilk görüşündə 6:22 hesabı ilə İspaniyaya məğlub olub.

B qrupunda mübarizə aparan “Neftçi” isə ilk oyunda Portuqaliya millisinə 21:17 hesabı ilə qalib gəlib.

Qadın millimiz Melilya mərhələsinin sonuncu oyununda “Yuanda” (Çin) klubuna 9:21 hesabı ilə məğlub olaraq qrupda qalıb.

“Neftçi” isə qrupdakı sonuncu görüşündə “Düsseldorf Zoos” (Almaniya) klubuna 13:14 hesabı ilə məğlub olsa da, 1/4 finala vəsiqə qazana bilib.

“Neftçi”nin 1/4 finaldakı rəqibi ABŞ seçməsi olacaq. Avqustun 19-da baş tutacaq oyuna saat 20:25-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right