Azərbaycan millisi Çexiyaya qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, yığmamızın ilk rəqibi Çexiya olub. Almaniyanın Düsseldorf şəhərində keçirilən matçda yığmamız 3:0 qalib gəlib.

Qrupun digər oyununda isə Türkiyə İsveçi 3:0  məğlub edib.

Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 19-da meydan sahibi Almaniyaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Azərbaycan - Çexiya - 3:0  (25:21, 25:10, 25:15)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right