Əbülfəz Abuzərli Avropa çempionu oldu

Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Avropa çempionatında qızıl medal qazanıb.

Newsport.az-ın məlumatına görə, Niderlandın Rotterdam şəhərində keçirilən qitə birinciliyində 80 kq çəki dərəcəsində yarışan idmançımız bütün rəqiblərindən güclü olub.

Xatırladaq ki, buna qədər Azərbaycan idmançıları turnirdə 10 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq), Xanım Hüseynova (cüdo, 70 kq) və İmaməddin Xəlilov (taekvondo, 70 kq, K44) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right