Yeni yaradılmış klub Azərbaycan yüksək liqasında mübarizə aparacaq

Yeni mövsüm Azərbaycan Basketbol Liqasında 10 komandanın mübarizə aparacağı barədə xəbər vermişdik.

Newsport.az saytına verilən məlumata görə, 2023/2024 mövsümündə yüksək liqada oynayacaq komandaların hamısının adına aydınlıq gəlib.

“Sərhədçi”, “Gəncə”, “Xırdalan”, “Olimpik”(Şəki), Zirvə Astara”, NTD, “Sabah”, “Neftçi”, “Sumqayıt”ın iştirakı öncədən bilinirdisə, “Basku Gesco”nun da iştirakı dəqiqləşib.

Yeni yaradılmış klub qarşıdakı mövsümdən birbaşa yüksək liqada mübarizə aparacaq. Adıçəkilən komandaya artıq baş məşqçi təyinatı da gerçəkləşib. Söhbət türkiyəli mütəxəssis Murat Dikmendən gedir. Paytaxt klubu onunla rəsmi müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right