İdmançımız Avropa çempionu oldu

Azərbaycanın daha bir idmançısı Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Newsport.az-ın məlumatına görə, parataekvondoçu İmaməddin Xəlilov (70 kq, K 44) qitə çempionatının qalibi olub.

Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları turnirdə 9 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right