Azərbaycan yığması Avropa çempionatına hazırlığı başa vurdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıqları başa vurub.

Newsport.az xəbər verir ki, yığma təlim-məşq toplanışını keçdiyi Sloveniyada son olaraq Macarsıtan yığması ilə bir neçə yoxlama oyunu keçirib.

Komandalar ilk olaraq ötən gün qarşılaşıblar. Bu matç fərqli formatda təşkil olunub və yığmalar iki heyətə bölünərək yerdəyişmə əsasında eyni anda fərqli meydanlarda oynayıblar. Bu qarşılaşmaların birində Azərbaycan 3:0 hesabı ilə qəbələ qazanıb, digərində isə uduzub – 2:3.

Bu gün isə Macarıstanla son oyun baş tutub. Bu, həm də yarış öncəsi son yoxlama matçı olub. Görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma avqustun 15-də qrup oyunlarını keçiriləcəyi Almaniyanın Düsseldorf şəhərinə yola düşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right