Azərbaycan millisi Şahmat Olimpiadasına qələbə ilə başlayıb

Yeniyetmə şahmatçılardan ibarət Azərbaycan millisi Niderlandın Eyndhoven şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.

Newsport.az-ın məlumatına görə, yığma komanda ilk turda Paraqvayı 4:0 hesabı ilə məğlub edib.

Fərid Abbasovun kapitanı olduğu komandanın heyətində Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edirlər.

Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right