Azərbaycan millisi MDB Oyunlarında 4-cü yeri tutub

Azərbaycan millisi Belarusda keçirilən 2-ci MDB Oyunlarında 4-cü yeri tutub.

Newsport.az-ın məlumatına görə, yığma yarışı 62 medalla başa vurub. Azərbaycan idmançıları 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə ediblər.

MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni Rusiya yığması göstərib – 288 medal (149 qızıl, 89 gümüş, 50 bürünc). Belarus 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü pillədə qərarlaşıb.

3-cü MDB Oyunları 2025-ci ildə Gəncədə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right