Azərbaycan boksçuları Avropa birinciliyində mübarizə aparacaq

Avqustun 17-25-də Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyi keçiriləcək.

Newsport.az-ın məlumatına görə, yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

Yığmaya Boks Federasiyasının İdarə Heyətinin üzvü, aşağı yaş qrupu üzrə komandaların baş məşqçisi Rövşən Hüseynov rəhbərlik edəcək.

Avropa birinciliyində oğlanların yarışda rinqə Əli Camalzadə (40 kq), Şahin Mustafayev (42 kq), Bəhlul Əhmədli (44 kq), Məhəmməd Mehrəliyev (46 kq), Yusif Bəylərov (48 kq), Təşkilat Quliyev (50 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Toğrul Quliyev (57 kq), Əli Abdullayev (60 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdullayev (80 kq) və Səfdər Məmmədzadə (90 kq) çıxacaqlar. Komandanın məşqçilər heyətində Vüqar Məmmədov və Samir Məmmədov da yer alıblar.

Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi altında isə Saraxanım Səmədov (38 kq), Aylin Nəzərov (46 kq), Fidan Bəkirova (51 kq), Mədinə Məmmədova (57 kq) və Səma Hüseynova (60 kq) döyüşəcəklər.

Bu gün səfərə yollanan milli avqustun 26-da Bakıya qayıdacaq.

Avropa birinciliyində beynəlxalq dərəcəli referi Rövşən Qədirov da ölkəmizin idman şərəfini qoruyacaq.

Qeyd edək ki, yarışın püşkü avqustun 16-da atılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right